Müğənni xalq artistlərinin qalmaqallı fotosundan danışdı

MAQAZİN
17:52 / 15.01.2024
499

"80-dan yuxarı yaşı olan ahıl insanları belə mühakimə etmək günahdır. Bu təsadüfi bir şeyi bu qədər tənqid edən bəzi insanların cahilliyindən irəli gəlir".

Bunu Hit.az-a açıqlamasında müğənni Rövşən Civişov xalq artistləri - Flora Kərimova ilə Niyaməddin Musayevin gündəm olan şəkilindən danışarkən deyib. 

Sənətçi hər iki Xalq artistinin xalqın sevimli sənətkarlarından olduğunu qeyd edib:

"Bir şey göz önündə baş verirsə, demək o insanların səmimiliyindən irəli gəlir. Elələri var ki, sənət adamları deyil, amma gündə 100 hoqqadan çıxırlar. Başqasının eybini danışmadan öncə öz eyiblərini birinci danışsınlar".

Qeyd edək ki, Xalq artisti Niyaməddin Musayev  Zaurla Günaydın" proqramında yanlışlıqla Xalq artisti Flora Kərimovanın dodağından öpüb. Onun bu hərəkəti sosial şəbəkədə böyük müzakirəyə səbəb olub.

Azra

0