"Əsas proses məhkəmə qərarının icra məmuruna yönləndirilməsidir".
Bunu Hit.az-a açıqlamasında Xalq artisti Flora Kərimovanın vəkili Xavər İsmayılova müğənni Afət Fərmanqının qarşı tərəfə 10 min manat təzminat örəməsi ilə bağlı qərardan daışarkən deyib.
Vəkil qərarın yaxın günlərdə sistemə oturacağını qeyd edib:
"Qərar sifahi elan olunub, tam məzmunu ilə yaxın günlərdə tanış olacağıq. Bizim tələblər çox idi. Qərarda üzr istəmək öhdəliyinin qoyulması da elan olunub. Bizim iddianın isə əsas mahiyyəti onun üzr istəməsidir. Onun Flora xanımdan üzr istəməsi qərar icraya yönləndiriləndən sonra həyata keçəcək".
Qeyd edək ki, Nərimanov Rayon Məhkəməsi uzun zamandır Flora Kərimova Afət Fərmanqızı arasında gedən məhkəmə işi ilə bağlı qərar çıxarıb. Qərara əsasən, cavabdeh Afət Fərmanqızıdan 10 min manat tutularaq iddiaçı Flora Kərimovaya ödənilməlidir.
Azra