"Biz Namiqlə görüşəndə də salamlaşırdıq. Moskvada Namiqlə toy mərasimlərində də gedirdik. Bizi birlikdə dəvət edirdilər".
BAKU.WS xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Kazımova mətbautla keçirdiyi ad günü zamanı bildirib.
O Namiq Qaraçuxurlunun onun haqqında dediyi "Küsülü olanda xaricdə toylarda duet oxuyurduq" sözlərinə açıqlama gətirib:
"Nədənsə vətənimizdə buzlar əriməmişdi. Birdən-birə baş verdi. Bir tədbirə dəvət aldıq. Ondan sonra Namiq ilə daha tez tez çıxışlar etdik. Namiq yeni mahnımız üzərində çalışır. Məsuliyyət Namiqdədir. Çalış, Namiq, Çalış".
Xatırladaq ki, Xalq artisti ilə Qaraçuxurlu uzun illər bir yerdə duet ortağı olublar. Daha sonra ayrılaraq küsülü qalan ikili hazırda nadir hallarda məclislərdə birlikdə oxuyurlar.