Gülyaz Məmmədova estetik əməliyyat etdirib? - AÇIQLAMA

MAQAZİN
15:00 / 29.01.2024
578

“Bu günə kimi bir dəfə də olsun estetik əməliyyat etdirməmişəm, heç ehtiyacım da yoxdur”.

Bunu Hit.az-a açıqlamasında Xalq artisti Gülyaz Məmmədova deyib. Müğənni bir az kilo aldığını qeyd edib:

“Mən uşaqlıqdan fotolarda gözəl düşürəm. İndi də tədbirdəydim, Nuriyyə xanımla oturmuşdum, xəbərimiz olmadan kənardan bizi çəkiblər. Hamı deyir ki, köklük sənə yaraşır”.

Gülyaz Məmmədova bu gün bütün sənət adamlarının arıqlamaq üçün mübarizə apardığını qeyd edib:

“Bunu nəzərə alıb, diqqət edəcəm ki, bir də kökəlməyim”.

Azra  

0