"Məni unutmaq mümkün deyil, ağıllara həkk olunuram" - Aktrisadan iddialı AÇIQLAMA

MAQAZİN
16:58 / 30.01.2024
891

"Mən gündəmdə qalmaq üçün əsla heç nə etmirəm". 

Bu sözləri tanınmış aktrisa Leyla Babayeva Hit.az-a açıqlamasında deyib. 

O, həftəiçi 4 gün "ATV" telekanalında yayımlanan "Bir qadın" serialında rol aldığını xatırladıb:

"Orada "Afaq" adlı əsas obrazlardan birini canlandırıram. Yəni mən efirdə də, sosial şəbəkələrdə də gündəmdəyəm. Başqalarından fərqli olaraq gündəmdə qalmaq üçün hansısa xüsusi addımlara əl atmıram. Üstəlik, məni tanıyan unuda bilmir. Hətta deyərdim ki, məni unutmaq qeyri-mümkündür. Çünki ağıllara həkk olunuram". 

Aktrisa gündəmdə qalmaq üçün sosial şəbəkələrdə müxtəlif addımlar atanları da tənqid edib:

"İnsanların sizi görmək istəmədiyi halda belə özününüzü gözə soxmaq lazım deyil. Onsuz da sizi görmək istəyən axtarıb tapacaq. Yəni hər saniyə insanların gözünü mazol etməyinizə ehtiyac yoxdur. Heç nə paylaşmasınız belə insanların xatirəsində qalırsınız. Amma nə ilə və necə qaldığınız önəmlidir". 

Leyla Babayeva gündəmdə qalmaq üçün hər yola əl atanlara münasibətinin çox pis olduğunu söyləyib:

"Amma onları qınamıram. Çünki hər kəs öz düşüncəsinə və kriteriyalarına görə yolunu gedir. Mən həyatda heç kimə qarışmıram, belə bir niyyətim də yoxdur. Məncə, hər kəs özünə uyğun yolda getməlidir. Onsuz da kənardan baxan hər kəs kimin kim olduğunu və bunu nə üçün etdiyini çox yaxşı başa düşür". 

Pərviz Şimşək

0