Ləman Ülviranı məhkəməyə verir

MAQAZİN
13:24 / 31.01.2024
517

Tiktoker Ləman Vəliyeva aparıcı Ülvira Qarayevanı məhkəməyə verəcəyini bidlirib.

OLAY yazır ki, Ləman bununla bağlı canlı yayım zmanaı danışıb. O deyib ki, aparıcı efirdə onun uşağına şiddət göstərməsi ilə bağlı iddia səsləndirib:

“Eşitdiyimə görə, Ülvira xanım... Yenə də xanım deyirəm, mədəniyyətimi pozmuram. Bir az da prim olsun. Siz demisiniz ki, əziz, gözəl aparıcımız. Demisiniz ki, uşağını döyür. Əgər o video paylaşılmasa, uşağımı döydüyüm görünməsə, mən sizi məhkəməyə verib, təzminat alacam. Aparıcı olmaq o demək deyil ki, veriliş açıb, haqqımda nə gəldi danışasınız. Mən izləyəcəm,  övladımı döydüyümlə bağlı video paylaşılmasa, sizinlə məhkəmədə görüşəcəyik. Qalan şeylərə qalandan tərbiyəmiz pozmuram. Yoxsa çox gözəl sözlər deyərəm. Bu gün mən verilişdə danışmışamsa, deməli mən varam, sizin mənə ehtiyacınız olub. Məni danışmısınız. Bu da sizə bir reklam olsun.

Yalandan evlilik qurmaqları efirə gətirən sizsiniz də. Siz kimə deyirsiniz? Gəlin, bir az da sizi müzakirə edən. Biz efirdə nəyə baxıb nə tərbiyə götürəcəyik? Təktərəfli danışmayın. Sözünüz varsa, çağırın, efirdə sözümüzü deyək.  Guya bunlar mənim uşağıma məndən yaxşı baxacaqlar. Sizin uşaq yox, verilişin reytinqi vecinizədir ki, nəsə danışasınız. Artıq müğənnilərdən reytinq gəlmir.

Bir az qazilərdən, onların ailələrindən danışaq, efirə yığıb, yardım edək. Düzdür, var olsun dövlətimiz hər şey edir. Amma bir az da siz danışın. Efirə çağırın sevinsinlər. Bizdən niyə danışırsınız? Tiktokerlərdən danışmaq üçün aparıcı olmamasınız ki... Maarifləndirici insanlardan, qəhrəmanlarımzdan danışın, onları tanıdın, görsünlər ki, Vətənimiz üçün əziyyət çəkiblər. Niyə bizi müzakirə edirsiniz? Bəlkə onlar reytinq vermədiyi üçün? Tiktokerləri bəyənmirsiniz, ağzınıza gələni deyirsiniz. Amma maşallah baxırsınız, canlı yayımlardan çıxmırsınız”.

0