Müğənni Nurlan Əzizbəylinin hərbi xidmətdə olan oğlu xəstələnib.
Hit.az xəbər verir ki, bu barədə onun özü məlumat yayıb:
“Çox pisəm, oğlum bərk xəstədir. Dəstəyinizə böyük ehtiyacım var”.
Məsələ ilə əlaqədar Nurlan Əzizbəyli ilə əlaqə saxladıq. Müğənni Hit.az-a açıqlamasında oğlunun səhhəti ilə bağlı məlumat vermək istəmədiyini bildirdi:
"Danışmaq istəmirəm. Mənim indi bir dəqiqə də olsun vaxtım yoxdur" deyən müğənni telefonu qapadıb.
Xatırladaq ki, Nurlan Əzizbəylinin oğlu 2023-cü ilin oktyabr ayında hərbi xidmətə gedib.
Azra