Brilliant Dadaşova tənqid olundu: "Aygünə çata bilməzsiniz"

MAQAZİN
17:17 / 02.02.2024
521

Xalq artisti Brilliant Dadaşova tənqid olunub.

Hit.az xəbər verir ki, buna səbəb onun geyimi olub. Sənətçinin tədbirlərin birində səhnəyə qırmızı rəngli uzun yarıqlı geyimi diqqət çəkib. 

Müğənni sosial şəbəkədə həmin tədbirdən videogörüntü paylaşıb. İzləyicilər Brillanat Dadaşovanın Xalq artisti Aygün Kazımova, Röya və Tünzalə Əliyeva ilə bəhsə girdiyini, onlar kimi geyinib, görünməyə çalışdığını qeyd edib. Hətta bəzi izləyicələr hesab edir ki, onun bu cəhdləri əbəsdir: "Aygün Kazımovaya çata bilməzsiniz".

Bundan sonra hər iki Xalq artistinin heyranları arasında mübahisə yaranıb.

Azra 

0