“Bu gün toy mahnıları efirlərimizi bəzəyir.”
Bu sözləri Hit.az-a müğənni Əli Mirəliyev deyib. O bildirib ki, qabaqlar belə bir şey yox idi:
“Əfsuslar olsun ki, Azərbaycan efiri ancaq toy bazarına işləyir. Bu səbəbdən də musiqimiz məhv olur. Efirlərdə səslənən mahnıların hansı janrda olduğu bəlli deyil”.
Müğənni onu da bildirib ki, bu gün özünü bəstəkar adlandıranlar yetərincədir:
“Meyxana deyənlər mahnı yazır. Bu gün iki notu bilənlər bəstəkar olub. Bu sahəyə nəzarət yoxdur. Ona görə də Azərbaycan musiqisi getdikcə acınacaqlı vəziyyətə düşür. Təəssüf ki, bu durumu düzəltmək çətin olacaq”.
Sevinc