"Adama ömrü verən Allahdır. Amma nadanlar zəng edib, nəsə xoşagəlməz ifadələr işlədəndə, insanın ömrü qısalır".
Bunu Hit.az-a açıqlamasında Xalq artisti Niyaməddin Musayev deyib. Müğənni insanlara çağırış edib:
“Paxıllıqdan, qeybətdən uzaq olun, sağlam olmaq istəyirsinizsə, idman edin. Boş vaxtlarınızı idman salonlarında keçirin. İnsanların sağlam və cavan olmasının yolları bundan keçir".
Niyaməddin Musayev xoşbəxt bir sənətçi olduğunu bildirib:
“Hansı məclisə, tədbirə getsəm gənclər mənim mahnılarımı mənimlə bərabər oxuyur. Daha bundan gözəl nə ola bilər. O mahnılar yüz il yaşayacaq”.
Azra