Xalq artisti Brilliant Dadaşova valideynlərindən söz açarkən göz yaşlarına boğulub.
Sənətçi "Şou xəbər" verilişinə müsahibəsində bildirib ki, anası qarmon ifaçısı Qızxanım Dadaşova dəhşətli qəza nəticəsində vəfat edib.
"Atam avtomobil idarə edirdi. Anam da avtomobildə idi. Qəza baş verdi və anam dünyasını dəyişdi. Biz hamımız xəstəxanaya düşdük. Ailəmizdə faciə baş verdi və anamı itirdik. Bu hadisədən sonra ailə dostlarımızdan gördük ki, kim vəfalı, kim isə vəfasızdır. Ondan sonra bizə pisliklər edənlər də oldu",- deyə Brilliant vurğulayıb.
Qeyd edək ki, Brilliant Dadaşova Azərbaycanın görkəmli teatr və kino aktyoru, Xalq artisti Rafael Dadaşovanın əmisi qızıdır. Brilliant Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Ədalət Hacıyevlə ailəlidir. Cütlüyün Cahad adında bir oğlu var.//Bizim.Media