Xalq artisti Natiq Şirinovun rəhbəri olduğu "Natiq" ritm qrupunun toy qiymətləri təəccübləndirib.
HİT.az xəbər verir ki, son günlər musiqiçi sosial şəbəkədə qrupu ilə toy xidmətləri yer alan paylaşımlar edib. O, Xalq artisti Alim Qasımovla birlikdə toya getdiklərini vurğulayıb.
N.Şirinovun təqdim etdiyi qiymətlər isə dodaq uçuqladır. Belə ki, qonorar 1500 manatla 45 min manat arasında dəyişir.
N.Şirinov toyda açılış və aş gətirmə mərasimində yer alırsa, 15 nəfərlik musiqiçi ilə 10 min manat tələb edir. Əgər gəlingötürdü, açılış, aşgətirdi və yallı istəyirsinizsə 25 min manat ödəməlisiniz. Qavaldaşı arzulayanlar 17 min manat ödəməlidir.
Məclisdə Alim Qasımov yer alarsa, bu qiymət 30 min manata yüksəlir. Qrupun "Premium paket" adlandırdığı xidmət isə 45 min manatdır. Buna isə gəlingötürdü, N.Şirinov və A.Qasımovun yer aldığı açılış mərasimi, aşgətirdi və yallı daxildir.