Müğənni Xuraman Şuşalı pis qonşunun əlindən yeni evə köçdüyünü bildirib.
HİT.az lent.az-a istinadən bildirir ki, müğənni teleproqramlardan birində qonşusunun onu polisə şikayət etdiyini bildirib.
"Əvvəl yaşadığım evdəki qonşum mənim haqqımda dəfələrlə 102-yə şikayət edib. Hətta deyirdi ki, yuxarılara yazacağam, yazırdı da. Bir də görürdüm, polisdən zəng gəlir. Evdə tozsoran işləyəndə və uşaqlar səs salanda, qonşu polisə zəng edirdi. Psixoloji problemi var idi.
Deyirlər ki, qonşun pisdir, köç qurtar. Onun əlindən yeni evə köçdüm. O qadın şər-xəta idi. Satdığım evə köçən insanları da bezdirib", - müğənni bildirib.