“Nə olsun boy-buxunum var, axı mən hər sözü dərindən düşünüb demirəm. Jurnalistlər emosionallığımdan istifadə edib, ağzımdan çıxan hər kəlmədən bir sensasiya düzəltdilər, qalmaqallara saldılar”.
Bu fikirləri Hit.az-a müğənni Vüqar Muradov səsləndirib.
“Məni o qədər hər şeydən küsdürüb, depressiyaya saldılar ki, daha heç kimə güvənim qalmamışdı. Bir tərbiyəsiz jurnalist xanım haqımda xoş olmayan başlıqla yazı yazmaqla çörəyimlə oynadı. Nə gəldi yazırlar, düşünmürlər ki, o yazdığım adamın ətrafı var, qohum-əqrəbası var. Ona nə zərbə vururam. Mənim səhvim o oldu ki, yanımda sağlam bir köməkçim olmadı. Dünyanın hər yerində ulduzların ətrafında onların hər addımını, çıxışını ölçüb-biçən köməkçilər olur. Mənim işimin adı oxumaqdır. Media ilə qalmaqallara düşməmək üçün belə köməkçilər səy göstərirlər”, deyə o qeyd edib.
Murad