Əməkdar artist Cavanşir Məmmədov dəbdəbəli avtomobilini efirdə satışa çıxarıb.
Bu haqda sənətkar qonaq olduğu “Rəngarəng səhər” verilişində danışıb.
Cavanşir 1986-ci ilin “Rolls Royce” markalı retro nəqliyyat vasitəsini 90 min manata satdığını açıqlayıb:
“Bu avtomobil 4600 kilometr yol gedib. Demək olar ki, təzədir. Öz adımdan da bu avtomobilin motoruna 1 il sığorta verirəm. Motoruna nəsə olsa özüm düzəldəcəyəm. Bu avtomobil ilə toylara getmirəm. Mən “tilpaş”, yekəxana insan deyiləm. Bu maşınla “Məhərrəmlik” və “Orucluq” aylarında nəvəmlə şəhərdə gəzirik. Əgər bu avtomobili efir vasitəsi ilə siz sata bilsəniz, sizə də bəxşeş verəcəyəm. Bu maşının qiymətini sosial şəbəkələrdə şişirdib 250 min manat kimi qələmə verirlər. Bu maşını 90 min manata satıram. İstəyən zəng vursun. Avtomobilin salonu isə ağ rəngdə dəri işləməlidir”.
Məmmədov bildirib ki, pullarının çox hissəsini sözügedən avtomobili almağına xərcləyib:
“Bilirsiniz ki, mənim pulum türkdədir (keçmiş kürəkəni Mustafa İbilini nəzərdə tutur – red.). O da ki, hazırda həbsxanadadır, pulumu vermir. Bəs mən nə edim? Maddi vəziyyətim normaldır. Mənim maddi vəziyyətim niyə pis olmalıdır ki? Mən 52 ildir ki, sənətdəyəm. Böyük pullarımın biri satışa çıxardığım bu maşındır. Bu avtomobili neçəyə almışamsa, indi o qiymətdən ucuz satıram. Nömrəsini üstündə satmıram”.//Bizim.Media