Dünya ulduzu Şakira ABŞ-da yaşayan azərbaycanlı fotoqrafın obyektivi qarşısına keçib.
Qaynarinfo xəbər verir ki, onun şəklini fotoqraf Nika Vəkilova "Instagram" hesabında paylaşıb.
Fotoqraf Şakiranı çox sevdiyini və onun şəkillərini çəkməyi hər zaman arzuladığını bildirib. O bildirib ki, foto Şakiranın bu yaxınlarda işıq üzü görən "Las Mujeres Ya No Lloran" (Qadınlar Artıq Ağlamaz) albomunda yer alan "Entre Parentesis"in klip çəkilişində lentə alınıb.
Qeyd edək ki, Nika Vəkilova “Karvan” qrupunun təsisçiləri Mikayıl Vəkilov və Sevinc Kərimovanın qızıdır.