"Vay o günə ki, ailədə həyat yoldaşı qadının gözündən düşsün. Qadının gözündən düşdüsə, onu heç nə ilə bərpa etmək olmaz".
HİT.az xəbər verir ki, bu sözləri aparıcı Günay Baxşəliyeva "Zaurla Günaydın" verilişində deyib. O, qadınların bəzi hadisələri heç vaxt unutmadığını bildirib:
"Balalarının, ailəsinin, nələrinsə xatirinə dözə bilər, amma heç vaxt unutmayacaq. Hər səhər yuxudan oyananda o yadına düşəcək".