Müğənni Elton Hüseynəliyev növbəti açıqlamalarıyla diqqət çəkib.
İfaçı Zamiq Hüseynovun “Toyu konsert şəklində ilk mən etmişəm” fikirlərinə münasibət bildirib. Bu barədə Hüseynəliyev verilişlərin birində danışıb.
“Zamiq dostumuzdur, yaxşı ifaçıdır, sözündə də həqiqət var. Elə şeylər var ki, dostluq xətrinə, yaxşı əməl xətrinə onunla razılaşmaq olar. Rəqabət sənətdə olmaldır. Ola bilsin ki, hansısa müğənni deyər ki, mən razılaşmıram. Nə olar ki, razılaşanda. Zamiq elə deyirsə, deməli, yalan demir, düz deyir. Faiq müəllim (red. Xalq artisti Faiq Ağayev) də ola bilsin gətirib. Toyu konsert kimi etmək mümkün deyil. Əvvəlini konsert kimi başlayıb, valideynlərin xeyir-duasından sonra konsert repertuarı oxumaq olar, ondan sonra toy öz axarına düşməlidir”, - deyə o söyləyib.
Elton həmçinin toy qiymətlərini niyə artırdığına aydınlıq gətirib:
“İlk dəfə toya gedəndə pulu necə böldümsə, özümə pul qalmadı. O vaxt 1000 dollar deyirdik, o qiymətlə başladıq, sonra artırdıq. Beş min manat, yeddi min manat oldu. Ayda aşağısı 15 toy oxuyurdum. Qiyməti niyə qaldırdım? 10 toydursa, axırıncı 8-9-cu toy sahiblərinin nə günahı var ki, ora yorğun gedirəm. Ona görə də qiymət oldu 15 min”.//olay.az