Xalq artisti Naibə Allahverdiyeva fikirlərinin təkzib olunmuş şəkildə çatdırılmasından bezdiyini söyləyib.
Hit.az-a açıqlama verən aktrisa bildirib ki, bu günlərdə şou proqramlardan birində səsləndirdiyi bir fikri başqa bir aparıcı həddən artıq həyasız və tərbiyəsiz formada təqdim edib.
“Deyir 60 yaşlı Xalq artisüti öpüşmək istəyir, Təhminə rolunu oynamaq istəyir. Birincisi aktrisanın rol oynamasından təbii heç nə yoxdur, sən bunu niyə öpüşmək istəyi kimi yozmalısan? İkincisi mən sənətimlə məşğulam, bu ayıb deyil, amma sənin altdan-altdan törətdiyin əməlləri açıb danışsaq, rüsvay olarsan. Camaata əxlaq dərsi keçmə. Necə əsəbiləşmişəmsə şəkərim , təzyiqim qalxıb", deyə o bildirib.
Murad