“Bir mahnı ilə “Porsche” aldım”

MAQAZİN
11:00 / 11.04.2024
441

"Bu yaxınlarda bir məclisdə idim, yanımda da müğənni var idi. Bəstəkarlar ona zəng edirdilər. Bu mahnıların qiyməti necə bahadır. Qiyməti 5-10 min manatdır, çox bahadır".

HİT.az xəbər verir ki, bu sözləri aparıcı Elgiz Əkbər "Elgizlə izlə" verilişində deyib. O, illər əvvəl Xatirə İslamla ifa etdiyi duetdən qazandığı pulla özünə "Porsche" aldığını bildirib:

"Baxmayaraq ki, müğənni deyiləm, mən də müğənnilikdən qazanmışam. Yaxşı gəlir gətirir. O vaxt mən Xatirə İslamla mahnı oxumuşdum. Azərbaycanda bu ifa necə məşhur oldusa, məni müğənni olmaya-olmaya toylara dəvət edirdilər. Çox sağ olsun Xatirə aparırdı, amma hərdən özüm tək də gedirdim. O vaxt maşınım çox zəif idi, bu mahnıdan qəşəng “Porsche” aldım özümə. Amma ondan sonra 2-3 mahnı oxudum, tutmadı. Sonra da ifa etmədim. Bir mahnı ilə 58 min manat qazanmışdım. Bu, 15 il əvvəl olub". 

0