Tərlan Novxanı yeni klipindən danışdı: "Qeyri-adi olacaq"

MAQAZİN
16:12 / 15.04.2024
582

"Yaxın zamanlarda "Bu adam" adlı yeni mahnımı təqdim edəcəm".

Bu sözləri məşhur müğənni Tərlan Novxanı Hit.az-a açıqlamasında deyib.

Sənətçinin sözlərinə görə, bu mahnı onun oxuduğu ən qeyri-adi ifalardan biri olacaq:

"Çox gözəl bir tərzdə təqdim olunacaq. Mahnının sözləri və musiqisi özümə məxsusdur. 6-8 ritm üstündə olmasına baxmayaraq, bu mahnıda fərqli aranjıman, fərqli oxunuş olub. Buna görə Vəfa Abrişamiyə xüsusi minnətdarlığımı bildirirəm. O, cənubi azərbaycanlıdır, gözəl musiqiçi və aranjımançıdır. Onun aranjımanı, məsləhəti və ideyası ilə bu mahnını oxumuşam". 

Tərlan Novxanı sözügedən mahnını kliplə birgə təqdim edəcəyini bildirib:

"İnşallah yaxın zamanda "Bu adam" mahnısını kliplə birgə təqdim edəcəyik. Düşünürəm ki, bunu da çox bəyənəcəklər. Klipin rejissoru dostum Əli Qafarlıdır. O, mənim bir neçə klipimin rejissoru olub. Bu klipi də ona həvalə etmişəm və maraqlı iş olduğuna inanıram".

Pərviz Şimşək

0