Türkiyəli motosiklet yarışçısı Kenan Sofuoğlu övladı Zeynə milyonluq maşın alıb.
BAKU.WS xəbər verir ki, bu barədə Türkiyə mətbuatında xəbərlər dərc edilib.
Qeyd edilib ki, Kenan hələ cəmi 5 yaşı olan övladına milyonluq avtomobil bağışlayıb.
Sosial şəbəkələrdə və mətbuatda Sofuoğlunun milyonluq maşını bəzətdirərək oğlu üçün sürpriz etdiyi görüntülər yayılıb.
Bundan sonra Kenan açıqlama yayaraq kadrları təkzib edib. O maşını almadığını, bir dostunun onun oğlunun ad günü üçün gətirdiyini deyib.
"Bu maşın bizim deyil, bir dostumundur. Zeyni sevindirmək üçün maşını onu bəzəyib ad gününə gətirdi".