"Əslində, "TikTok"un normal bir platforma olduğunu düşünürəm".
Bu sözləri məşhur aktrisa Leyla Babayeva Hit.az-a açıqlamasında deyib.
O, ölkəmizdə "TikTok"un bağlanmasının tərəfdarı olmadığını deyib:
"Məncə, "TikTok" normal platformadır. Sadəcə olaraq bəziləri ondan düzgün istifadə etmirlər. Amma mən "TikTok"u faydalı da hesab edirəm. Çünki bir çox hallarda bəzi məlumatları oradan tapa bilirik".
Aktrisa söyləyib ki, bəzi səbəblərə görə "TikTok"a qarşı münasibət birmənalı deyil:
"Qeyri-ciddi insanlar "TikTok"da olduğu üçün bu platformaya qarşı münasibət birmənalı deyil. Çünki həmin şəxslər "TikTok"dan başqa məqsədlər üçün istifadə edirlər. Hətta onlara görə bəzən "TikTok" qeyri-ciddi platforma kimi qəbul olunur".
Leyla Babayeva sözügedən platformadan pul qazanan şəxslərdən də söz açıb:
"Orada düzgün işlər görən insanlar da var. Hətta gəlir əldə edənlər də az deyil. Amma bəziləri normal şəkildə, reklamlarla, bəziləri isə anormal yollarla pul qazanır".
Pərviz