Mərdanla Nəzrinin toyuna kimlər gəldi? - FOTOLAR

MAQAZİN
12:51 / 23.04.2024
613

Xəbər verdiyimiz kimi, Xalq artisti Mələkxanım Eyubovanın qızı Nəzrinin müğənni Mərdan Kazımovla toyu olub. 

Axşam.az-ın məlumatına görə, şəhər restoranlarından birində keçirilən məclisə sənət aləminin tanınmış simaları qatılıblar. 

Gecədə yer alanlar arasında Xalq artistləri Alim Qasımov, Mənsum İbrahimov, Nazpəri Dostəliyeva, Röya Ayxan səbəbkarları ifaları ilə təbrik ediblər. Toyun maraqlı məqamlarından biri də Xalq artisti Niyaməddin Musayevin "Dünya sənin, dünya mənim" mahnısını oxuması olub. 

Mərdan da toyda xanımı üçün mahnılar səsləndirib. M.Eyubova isə kürəkəni ilə birlikdə qonaqlar üçün duet təqdim edib. 

Nəzrin toyda iki fərqli gəlinlik geyinib. 

0