"Nisə Qasımovaya halallıq vermirəm" - Ceyran Haşımova

MAQAZİN
23:58 / 29.04.2024
544

"Xalq artisti adını daşıyan bir müğənni var ki, efirə çıxıb hər şeydən danışır, amma üzvü olduğu "Lalə" qızlar ansamblının adın çəkmir. Halbuki o, ilk addımlarını bu ansamblda atıb. Nankorluqlarını qəbul edirəm, halallıq vermirəm". 

Qaynarinfo xəbər verir ki, bunu Xalq artisti Ceyran Haşımova "O üz" verilişinə müsahibəsində deyib. Tarzən Xalq artisti Nisə Qasımovaya və mərhum Əməkdar artist Nəzakət Məmmədovaya haqqını halal etmədiyin söyləyib: 

"Nisə Qasımova bəstəkar Ələkbər Tağıyevin köməyi ilə öz istədiyinə nail oldu. Bunu inkan etmək olmaz. Nisə mənim ən çox istədiyim və sevdiyim müğənni olub. Mən ona halallıq vermirəm. Səni mən Zeynəb Xanlarovanın (Xalq artisti - red.) xahişi ilə Ələkbər Tağıyevin yanına aparmışam.

Nisədən də ən böyük nankorluğu mənə Nəzakət Məmmədova edib. Onun haqqında dastan belə deyə bilərəm. Onun Ceyhun adında övladı oldu. "Lalə" qızlar ansamblının üzvləri xəstəxanadan onun övladını çıxarıb evə gətirdilər. Biz belə mehriban və bir olmuşuq. Amma o, nankorluq etdi. Nəzakət gizlincə başqa musiqi heyyətinə getdi və bu haqda mənə heç nə demədi. Zamanında mən onu özüm xaric etmişəm ansamblımızdan. Dedim ki, sabahdan ansambla gəlmə. Səninlə bizim ki, qurtardı.

Çox təəssüf edirəm ki, mənim ifaçılarımdan heç biri yolumu davam etmədi. Çətin yoldur. Amma istərdim ki, "Lalə" qızlar ansamblı həmişə yaşasın".

0