Ancelina Colinin ailəsinin keçmiş mühafizəçisi bildirib ki, aktrisa övladlarını ataları, aktyor Bred Pittin ziyarətindən yayınmağa inandırmağa çalışıb.
HİT.az "The Sun"a istinadən xəbər verir ki, o, bu barədə Los-Anceles Ali Məhkəməsində bildirib.
Keçmiş Britaniya əsgəri və Folklend müharibəsi veteranı Toni Uebb 2000-ci ildən sonra 20 ildən çox Coli ailəsində çalışıb. Məşhur cütlüyün boşanması zamanı tabeliyində olan iki mühafizəçi Pittin tərəfinə keçincə, o, işdən qovulub.
Bu mühafizəçilərdən biri, Uebbin dediyinə görə, Colinin uşaqlara Pittin birgə qəyyumluq haqqında məhkəmə qərarı ilə haqqı olan ziyarətlərlə bağlı təlimat verdiyini söyləyib - o, onları atalarından gizlənməyə inandırıb.
48 yaşlı Ancelina Colinin altı övladı var: 3 oğlan, 3 qız. Hamısı Coli-Pitt soyadını daşıyır, baxmayaraq ki, onlardan yalnız üçü Ancelina və Bredin bioloji övladlarıdır. 19 sentyabr 2016-cı ildə aktrisa boşanmaq üçün ərizə verib, lakin rəsmi olaraq yalnız 2019-cu ildə yekunlaşıb.
Bir gün əvvəl aktrisa Ancelina Colinin vəkilləri aktyor Bred Pitin 2016-cı ildə boşanmadan çox əvvəl onu döydüyünə eyham vurmuşdular.
Samir