Azərbaycan mənşəli rusiyalı aktrisa Səbinə Əhmədovanın Moskva Mədəniyyət İdarəsinin keçmiş rəhbəri Sergey Kapkovla münasibətdə olduğu iddia edilib.
Axşam.az xəbər verir ki, 42 yaşlı aktrisa 48 yaşlı Kaplovla Moskvada baş tutan "Böyük ildırım: Oyun" filminin premyerasına qatılıb. Cütlük filmin sonunu gözləmədən qol-qola oradan ayrılıb. İkili "super.ru"nun obyektivinə tuş gəlib.
Qeyd edək ki, Səbinə Gülbala qızı Əhmədova 1981-ci ildə Bakıda anadan olub. Atası yarı yəhudi, yarı azərbaycanlıdır. Anası ermənidir.
O, 2017-ci ildə erməni milyarder, "Rosqostrax” şirkətlər qrupunun prezidenti, Danil Xaçaturova ərə getməyə hazırlaşsa da, toy baş tutmayıb. Həmin vaxt Xaçaturovun sərvəti "Forbes”in hesablamalarında 2 milyard dollara yaxın idi.
Kaplov isə iki dəfə evli olub, 3 övladı var.