Acun Ilıcalı ən böyük peşmanlığını açıqladı

MAQAZİN
22:35 / 28.05.2020
1566

Türkiyənin “TV8” kanalının sahibi, məşhur prodüser və aparıcı Acun Ilıcalı ən böyük peşmanlığından danışıb.

“HaberGlobal” məlumat verir ki, o, Cüneyt Özdemirin “YouTube” kanalının qonağı olub.

A.Ilıcalı izləyicilərdən birinin ona ünvanlandığı “həyatda ən böyük peşmanlığın nədir?” sualını cavablandırıb:

“Ailem Bodruma gedərkən qəzaya düşdü. İki maşınla gedirdik. Atam öz avtomobili ilə yola çıxdı. O gün maşını mən sürmək istərdim... Əslində, maşını həmişə mən sürürdüm, onları öncədən göndərmək ən böyük peşmanlığımdır. Kaş o maşını mən sürərdim...”

0
Oxu.az