Əməkdar artist Teymur Əmrah “Xalq artisti” fəxri adını daşıyan həmkarlarını tənqid edib.
Bizim.Media xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu “7 tamam” verilişində deyib.
T.Əmrah yüksək qiymətə toya gedən Xalq artistlərini canlı oxuya bilməməkdə günahlandırıb:
“Adlarını çəkməyəcəyəm. Bu gün onlar “Xalq artisti” fəxri adını daşıyırlar. Bu gün xalqın gözündə onları o qədər ucaldıblar, pik nöqtəyə qaldırıblar ki... Xalq üçün onlar pik nöqtədədirlər, amma mənim üçün studiyada pik nöqtədədirlər. Canlı ifada onlar “sıfırdılar”. O pik nöqtəyə xalq qaldırdığı, bahalı qiymətə toylarına gətirtdiyi... İnanın ki, onlar öz balalarına görə deyil, o ada görə gətirtdirirlər”.