Model biznesimiz niyə inkişaf etmir?

MAQAZİN
23:12 / 03.06.2024
642

"Mən bir ildir işsizəm. Azərbaycanda modellərə verilən dəyər və onların işinin qiymətləndirilməsi gülünc səviyyədədir".

Bu fikirləri Hit.az-a model Səmra Hüseynova səsləndirib.

"Modellik incəsənətin bir qoludur. Bizdə bu sahəyə maraq azdır və inkişafdan geri qalırıq. Xarici ölkələrdə model agentlikləri sifarişləri çatdırmağa vaxt tapmırlar. Bizdə isə modeli məşğul edəcək yer yoxdur. Böyük açılışlara xaricdən modellər gətirib, çoxlu pullar verirlər. Özümüzünkülərə verilən pul qəpik-quruşdur. Nə bir populyar moda jurnalımız var, nə modellərlə müqavillər bağlayıb , onları təmin etməyə həvəsli şirkətlər"- deyə o bildirib.

Murad

0