4 milyon dollar maaş verdiyi işçisi Kanye Uesti cinsi qısnamada ittiham edir

MAQAZİN
14:54 / 04.06.2024
539

Reper Kanye Uestin keçmiş köməkçisi Lauren Piskiotta reperi cinsi qısnama, müqaviləni pozma, qanunsuz işdən çıxarma və iş yerində pis rəftarda ittiham edərək məhkəməyə verib. 

Hit.az xəbər verir ki, bu barədə TMZ məlumat yayıb.

Musiqiçi qızı 2021-ci ilin iyulunda - "OnlyFans" modeli olanda işə götürüb. O, Piskiottanın 24/7 işə cavabdeh olması üçün ona 1 milyon dollar ödəməyi təklif edib. Repçi köməkçidən "OnlyFans" hesabını silməsini də istəyib, o, razılaşıb.

Sonra Uest qıza seksual xarakterli mesajlar, videolar və fotolar göndərməyə başlayıb. İddia ərizəsində Piskiotta qeyd edir ki, musiqiçi ona sekslə bağlı ən azı iki video göndərib. Bundan əlavə, reper köməkçi ilə telefon danışığı zamanı əxlaqsız hərəkətlər edib.

O əlavə edib ki, Kanye Uest onu öz şirkətlərində rəhbər vəzifəsinə yüksəldib. O, həmçinin maaşını 4 milyon dollara qədər artırıb.

Samir

0