Alsunun bakılı ərindən boşanma səbəbi açıqlandı

MAQAZİN
13:38 / 06.06.2024
586

Mayın sonunda rusiyalı müğənni Alsu bakılı iş adamı Yan Abramovdan boşanmaq üçün ərizə ilə məhkəməyə müraciət edib. Bu gün məsələ ilə bağlı ilk dinləmə keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, cütlüyün yaxınları “StarHit” nəşrinə boşanmanın səbəbini açıqlayıb: “Onlar il yarımdan çoxdur birlikdə yaşamır. Yan uzun müddətdir evə ara-sıra gəlirdi. Və Alsu hadisələrin bu cür gedişatı ilə qətiyyən razı deyildi. Daimi qalmaqallar heç nəyi dəyişmirdi, ona görə o, dalana dirənən münasibətləri bitirmək qərarına gəldi”.

Qanuna əsasən, ər-arvada barışmaq üçün iki həftəyə yaxın vaxt veriləcək, sonra isə yekun iclas keçiriləcək. Bunun nəticəsində nikah ya pozulacaq, ya da yox. Lakin bəllidir ki, boşanma prosesi bununla bitməyəcək, cütlük mülkü bölmək niyyətindədir. Mülkləri isə say-say, bitməz.

Qeyd edək ki, Alsu və Y. Abramov 2006-cı ilin martın 18-də evləniblər. Onların bu evlilikdən Safina, Mikella və Rafael adlı üç övladı var.

0