Qayıq və rezin çəkmələrlər: Selin ortasında evləndi - FOTO

MAQAZİN
23:53 / 07.06.2024
882

Almaniyanın cənubunda leysan yağışların səbəb olduğu daşqınlar artıq bir həftədir davam edir. 

Hit.az xəbər verir ki, təbii fəlakət Baden-Vürtemberq federal əyalətinin Oberzell kəndindən olan 25 yaşlı Leoni və 29 yaşlı Andreas Hofherrin evliliyinə əngəl törətməyib. 

Onlar toylarını selin ortasında keçiriblər.

Toy arabası əvəzinə rezin qayıq, gəlinin zərif ayaqqabısı əvəzinə isə rezin çəkmələri olub. Toy fotosessiyasının keçirildiyi yer su basmış tarla olub. 

Yeni evlənənlər və qonaqları çətir altında, bufet qəbulu isə açıq çadırın altında keçirilib.

Leoninin paltarı palçığa bulaşıb, lakin sevgilisi əminliklə bildirib ki, onlar ona bir daha heç vaxt lazım olmayacaq.

Samir

0