Rza Zərrabın Mayamidə gizli toyu: görün kiminlə evləndi - FOTO

MAQAZİN
15:40 / 18.06.2024
674

11 ildir evli olduğu məşhur türkiyəli müğənni Ebru Gündeşdən boşanan Rza Zərrabın bursalı Dilara Altıntopla evləndiyi iddia edilir.

Publika.az xəbər verir ki, iddiaya görə, cütlük Mayamidə nikah masasına əyləşib.

Cütlüyün Mayamidə özəl mərasimlə evləndikləri deyilir. Zərrab və Altıntopun sürpriz evliliyi sosial şəbəkələrdə və media ictimaiyyətində geniş əks-səda doğurub.

Zərrab daha əvvəl ABŞ-ın İrana tətbiq etdiyi embarqonu pozmaqda, bank fırıldaqları və çirkli pulların yuyulmasında günahlandırılıb. O, ABŞ-da bir müddət həbsxanada qaldıqdan sonra sərbəst buraxılıb.

0