Ağamirzənın qızı Amerikada ailə qurub - VİDEO

13:44 / 20.06.2024
562

Meyxanaçı Ağamirzə Məmmədovun qızı Amerikada ailə qurub.

Meyxanaçı bu barədə "Qonaqcanlı" verilişində deyib. O, övladının bu ilin iyununda Amerikada ailə qurduğunu söyləyib. İfaçı qızının özəl günündə iştirak edə bilməyib:

"Oğlan, Mehdi Amerikada işləyirdi. Qızım da təhsillə bağlı getdi. Həm ziyarət, həm ticarət. Təzə, bu il getmişdi. Onlar bir-birini çoxdan istəyirdilər. Həm təhsil almağa, həm onunla ailə qurmağa getdi. İyunun 8-də toy olub. Biz iştirak edə bilmədik. Qismət, Allah necə yazıb, elə də olmalıdır. El adəti ilə orada toy olub. Elariz (Amerikaya köçən müğənni Elariz Məmmədoğlu - red.) də toyu idarə edib". 

Axşam.az-ın məlumatına görə, həmçinin, Ağamirzə baba olub. Onun böyük qızının övladı dünyaya gəlib.

                            
                        

0