"Daha seçimlərim var, dəyərimi bilirəm" - Səbinə Məmmədova

MAQAZİN
20:08 / 20.06.2024
557

"Pandemiyadan sonra seriallara çəkilmədim.Ya qonorar çox verilməlidir, ya da tərəf müqabillərim güclü aktyorlar olmalıdır. Heç aktyor olmayan , sadəcə pul istəmir və görünüşü qəşəngdir, rejissorun tanışıdır deyə baş rola çəkilən qızların yanında epizodik rol oynaya bilmərəm . Daha seçimlərim var və öz sənətimin dəyərini bilirəm".

Bu fikirləri Hit.az-a aktrisa Səbinə Məmmədova səsləndirib.

"Mən Leyli kimi çətin bir rolun öhdəsindən gəlmişəm. Dəfələrlə xarici ölklərə təcrübə toplamaq üçün getmişəm və hesab edirəm ki, özümü yetişdirmək üçün çox iş görmüşəm. Şanslı aktrisyam ki, çox maraqlı və savadlı rejissorlarla işləmişəm. Savadsız, işini bilməyən rejissorla işləmək aktyor, aktrisa üçün faciədir.Teatr öncəliyimdir və taleyimdir. Hərdən sual verirlər, şəxsi həyatı seçərsiz, yoxsa teatrı?Mən teatrı o dərəcədə məçox sevirəm, səhnədə o dərəcədə xoşbəxt oluram ki, bunu mənə hansısa bir insanın yaşadacağına inanmıram" - deyə aktrisa bildirib.

Murad

0