Məşhur müğənninin konsert zamanı halı pisləşdi - Xəstəxanaya yerləşdirildi

MAQAZİN
21:41 / 21.06.2024
321

Son zamanlarda ulduzu parlayan müğənni Dərya Uluğ Kiprdə verdiyi konsertini çətinliklə başa vurub.

Hit.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, konsert zamanı halı pisləşən müğənni dərhal xəstəxanaya aparılıb.

Müayinə edildikdən sonra sənətçinin donuz qripi olduğu aşkar edilib.

Daha sonra Dərya Uluğ səhhəti ilə bağlı açıqlama verərək növbəti performansını nümayiş etdirə bilməyəcəyini bildirib:

“Təəssüf ki, son konsertimdən sonra səhhətim pisləşdi. Təəssüf hissi ilə demək istəyirəm ki, xəstəxanada bütün lazımi müalicələr aparılsa da, “Merit Crystal Cove” konsertimi verə bilməyəcəm. İlk dəfədir ki, belə bir şey yaşayıram. Qonaqlardan üzr istəyirəm. Başqa bir tarixdə bunun əvəzini çıxacağıq”.

Samir

0