“Manafa özüm ad verəcəm...” - Əli Mirəliyevdən qalmaqallı açıqlama

MAQAZİN
15:02 / 25.06.2024
189

Müğənni Manaf Ağayev müsahibələrinin birində 40 ildir ki, sənətdə olmasına baxmayaraq, fəxri ada layiq görülməməsindən şikayətlənib. O, “Əməkdar artist” fəxri adına layiq olduğunu bildirib.


Bakupost.az -a açıqlamasında M.Ağayevin sənət dostu, müğənni Əli Mirəliyev məsələyə belə reaksiya verib:


“Fəxri ad pulla deyil ki? Manaf da getsin, alsın. Mən gördüm ki, kimə gəldi, fəxri ad verirlər və ona görə də imtina etdim. Əgər hamıya fəxri ad verirsinizsə, Manafa da verin də. Yusif Mustafayevə Əməkdar artist fəxri adı verdilər, amma heç oxuyan da deyil.


Manaf neynir ki, fəxri adı, darıxmasın, özüm ona ad verəcəm. Onda adı olacaq kişinin balası kişi, Əməkdar artist yox. Manaf kişi adamdır, dostumdur, xətrin istəyirəm”.

0