Əməkdar artist Aybəniz Haşımovanın qızı, gənc müğənni Aynişan Quliyeva İnstaqramda şəbəkə izləyicilərinin suallarını cavablandırıb.
Aynişan Quliyevanın müsahibəsini təqdim edirik.
- Niyə məşhur olmağa can atırsınız?
- Mənim məşhur olub-olmamaq kimi bir seçimim olmayıb. Dünyaya gələndən tanınmışam. İllərlə daha da çox... Sonradan başqa insana çevrilə bilməzdim ki, məni tanımasınlar. Madam tanınıram, bunu dəyişmək olmaz. Tanınmağın nəyi pisdir ki? Təbii, mənfi tərəfləri var, amma tanınmayan insanların da var. Ona görə də hər kəs özünü qəbul edib sevməlidir.
- Sizə söz atanlara cavabınız nədir?
- Mənə kimsə söz atır ki?! O zaman gərək mən də söz atım. Amma bu aralar başım işlərə qarışıb, sonraya qalsın.
- Həyat yoldaşınız Kənan Əliyevi "Survivor" yarışmasına dəvət etsələr razı olarsınız?
- Xeyr.
- Niyə qız toyunda məşhur vizajistə müraciət etmədiniz?
- Makiyaj edən xanıma dəstək olmaq üçün...
- Evləndikdən sonra həyat yoldaşınızda bəyənmədiyiniz xüsusiyyət oldu?
- Hədsiz təmizkardır...