Ağır xəstə olan Selin Dion heç kiminlə görüşmür

MAQAZİN
23:53 / 27.06.2024
160

Ağır xəstə olan müğənni Selin Dion heç kimlə görüşmür. 

HİT.az xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.

Məşhur insayder bildirib ki, sərt əzələ sindromundan əziyyət çəkən 56 yaşlı Selin Dion hazırda münasibət qurmaqda maraqlı deyil. Mənbənin dediyinə görə, estrada müğənnisinin birinci prioriteti vaxtının çox hissəsini tutan ailə və sağlamlıqdır, daha sonra səhnəyə qayıtmaq planlarıdır.

"Kişi Supermen olmalıdır ki, Selin ona şans versin və görüşə razı olsun", deyə mənbə bildirib.

2022-ci ilin dekabrında Selin Diona sərt əzələ sindromu adlı nevroloji xəstəlik diaqnozu qoyulub. Bu, mərkəzi sinir sisteminə təsir edən, nəzarətsiz, ağrılı əzələ spazmlarına səbəb olan nadir otoimmün hərəkət pozğunluğudur. Müalicə kursu ilə əlaqədar müğənni 40-a yaxın konsertini ləğv edib.

Samir

0