Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilən Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının baş rejissoru, aktyor, əməkdar artist Sərvər Əliyevin ailə üzvləri də koronaviris şübhəsi ilə nəzarətə götürülüb.
Hit.Az xəbər verir ki, bunu Yenicag.az-açıqlamasında aktyorun sənət dostu və yaxın qohumu əməkdar artist Natiq Fərzəliyev bildirib:
“Qızı, oğlu və xanımı da xəstəxanaya aparılıb, şükür ki, onların vəziyyəti yaxşıdır. Koronavirus testi olunub, amma hələ nəticlər açıqlanmayıb”.
N.Fərzəliyev rejissorun yas mərasimindən qayıdandan sonra xəstələndiyini deyib:
“Sərvər qohumlarının yasına gedib qayıdandan sonra xəstələnib. On gün qızdırması olub, mənə deyəndə ki, vəziyyətim yaxşı deyil, bildirdim ki, xəstəxanaya getsin. Tez-tez əlaqə saxlayıram, güclə, qırıq-qırıq danışır, reanimasiyaya yerləşdirilib. Şəkər xəstəsidir, ürəyinə stend qoyulub, indi də həkimlər sətəlcəm olduğunu deyir”.