Kanye Uest iflas ərəfəsindədir və keçmiş arvadından kömək istəyib

MAQAZİN
19:19 / 28.06.2024
190

Reper Kanye Uest müflis olmaq ərəfəsindədir və keçmiş həyat yoldaşı Kim Kardaşyandan ona pulla kömək etməsini istəməyə məcbur olub. 

HİT.az xəbər verir ki, bu barədə “In Touch Weekly” nəşri məlumat yayıb.

Bu barədə məlumat verən mənbə deyir ki, Kanye Uest əmanətlərini həyəcan verici sürətlə itirir. Mənbənin sözlərinə görə, reper "Adidas" ilə əməkdaşlığı dayandırdıqdan sonra pulunun miqdarı xeyli azalıb. İfaçı əvvəlcə maliyyə vərdişlərini dəyişməyib, istədiyi kimi xərcləsə də, indi xərclərə nəzarət etmək məcburiyyətində qalıb.

"O, bacardığını sübut etmək üçün daha çox pul xərcləyirdi, lakin indi iş o yerə çatıb ki, bəzi ixtisarlar etməkdən başqa çarəsi qalmayıb", deyə mənbə bildirib.

İnsayder əlavə edib ki, Kanye Uest hətta keçmiş həyat yoldaşı Kim Kardaşyanla da əlaqə saxlayıb: "Hər şeyin kənardan göründüyü qədər yaxşı olmadığını etiraf etmək onun üçün ən pisi idi. Buna görə də Kimlə barışıb, ondan kömək istəməli oldu".

Kim Kardaşyan 2023-cü ilin martında keçmiş əri Kanye Uestdən rəsmi olaraq boşanıb. Onların dörd övladı var: Nort, Saint, Çikaqo və Psalm.

Samir

0