Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satır

MAQAZİN
23:40 / 02.07.2024
146

Aktyorlar Cennifer Lopes və Ben Afflek boşanma şayiələri fonunda ortaq malikanələrindən əntiq əşyalar satırlar. 

HİT.az xəbər verir ki, bu barədə “Page Six” məlumat yayıb.

Məşhur insayder bildirib ki, Cennifer Lopes və Ben Afflek Los Ancelesdəki ortaq evlərində olan sənət əsərlərini satmaq qərarına gəliblər. Əntiq əşyaların bir hissəsinin iyunun əvvəlində geri alındığı qeyd edilir.

May ayında Cennifer Lopes və Ben Afflekin münasibətlərində ciddi problemlər olduğuna dair şayiələr ortaya çıxıb. Bildirilib ki, aktyor onların malikanəsindən çıxıb kirayə evə köçüb. Eyni zamanda, insayder qeyd edib ki, ixtilafda sənətçinin heç bir günahı yoxdur.

Sonradan məlum olub ki, Cennifer Lopes və Ben Afflek ötən il 60 milyon dollara aldıqları evlərini satmaq üçün rieltor tutublar. İndi məşhurlar malikanə üçün təxminən 65 milyon dollar alacaqlarını gözləyirlər.

İyunun sonunda Cennifer Lopes tətilə çıxıb. Müğənni İtaliyada dostlarının əhatəsində görüntülənib. Eyni zamanda, Ben Afflek uşaqları ilə birlikdə Los-Ancelesdə qalıb.

Samir

0