Tanınmış müğənni Damlanın (Məsumə Məmmədova) Güney Azərbaycanın Ərdəbil şəhərində konsert verdiyi salon möhürlənib.
HİT.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Bildirilib ki, Damlanın Ərdəbildəki şadlıq saraylarından birində məcburi hicab qaydalarına riayət etmədən mahnı ifa etdiyi əks olunub. Ərdəbil prokurorluğu bunu "qanunsuz mərasim keçirmək və qaydaları pozmaq”la əlaqələndirib.
Belə ki, yayılan videogörüntülərdə Damlanın Təbriz və Ərdəbildə hicabsız olduğu əks olunub. Bu da İranda müxtəlif siyasi dairələrin etirazına səbəb olub.