Bu şəhərin adı Teylor Sviftə görə dəyişdiriləcək

09:11 / 04.07.2024
548

Almaniyanın qərbindəki Gelzenkirxen şəhəri Teylor Sviftin gəlişi münasibətilə müvəqqəti olaraq "Sviftkirchen" adlandırılacaq.

Axşam.az xəbər verir ki, artıq şəhərin mərkəzində yeni adla lövhə quraşdırılıb. 

Amerikalı müğənninin yerli Şöhrət Xiyabanında da öz abidəsi olacaq. 

Qeyd edək ki, Gelzenkirxen Teylor Sviftin Eras turuna ev sahibliyi edən ilk alman şəhəri olacaq. Ulduz iyulun 17, 18 və 19-da yerli Veltins Arena stadionunda çıxış edəcək. Bu konsertlərin hər birində 70 minə qədər insanın iştirak edəcəyi gözlənilir ki, onların da çoxu başqa yerlərdən gələcək. Gelzenkirxen əhalisi 260 min nəfərdir.

0