Hansı məşhurlar Aqşin Fatehin duet ortağı olublar? - SİYAHI

MAQAZİN
17:10 / 12.07.2024
1005

Sevilən müğənni Aqşin Fatehin duetləri çox sevilir. 

Sənətçinin yaradıcılığında duetlərin ayrı bir yeri olduğunu desək, yanılmarıq. Demək olar ki, sözügedən ifaların hamısı dillər əzbəridir. Üzərindən illər keçsə də sevərək dinlənilən duetlərin ərsəyə gəlməsi olduqca böyük bir uğurun təzahürüdür. 

Bu dəfə də Aqşin Fatehin duet oxuduğu müğənnilərə baxacağıq. Maraqlıdır, hansı məşhurlar Aqşin Fatehin duet ortaqları olublar? 

HİT.az Aqşin Fatehin deut otaqlarını təqdim edir:

1. Nəfəs
Heç şübhəsiz ki, Aqşin Fatehin ən uğurlu duet ortaqlarından biri, bəlkə də birincisi Nəfəsir. İfaçıların duetləri fanatları tərəfindən olduqca sevilir. Məhz bunun nəticəsidir ki, məşhurların 6 dueti var və bu sayın artacağı da istisna edilmir. Aqşin Fateh və Nəfəs indiyə kimi "Yarəm", "Qar çiçəyi", "Ömrüm", "Birtanəm", "Səni Yanasan" və "Mələksənmi" kimi çox sevilən duetlərə imza atıblar. 

2. Şəbnəm Tovuzlu 
Aqşin Fatehin məşhur müğənni Şəbnəm Tovuzlu ilə də dillər əzbəri olan duetləri var. Tərəflər "Eşqim" kimi möhtəşəm bir mahnı ilə duet ortaqlığına başladılar. Üzərindən illər keçsə də sözügedən ifa bu gün də dinlənilir. Onların uzun illər sonra çıxan "Olmaz" dueti də kifayət qədər çox sevildi. Sənətçilərin ən maraqlı dueti isə "Popuri" oldu. Çünki Aşqin Fatehin unudulmaz mahnılarını Şəbnəm Tovuzlu ilə oxuması həmin əsərlərə yeni nəfəs verdi. Olduqca uğurlu olan duet dinləyicilərin favoritlərindən birinə çevrildi. 

3. Vəfa Şərifova 
Aqşin Fatehin sevilən müğənni Vəfa Şərifova ilə ortaq layihələri isə "Könül qatili", "Şəkillərdə gülən qadın" və "Həyatım" mahnıları olub. Sözügedən ifalar da kifayət qədər sevilib.

4. Üzeyir Mehdizadə
Aqşin Fatehin əfsanəvi mahnılarından olan "Haram olsun"u məşhur müğənni Üzeyir Mehdizadə ilə oxuması da olduqca böyük maraqla qarşılanıb.

5. Elnarə Bəxtiyarlı 
Sənətçinin Elnarə Bəxtiyarlı ilə oxuduğu "Yaz küləyi" adlı dueti də ən sevilən mahnıları arasında yer alır. 

6. Ahsen Almaz
Aqşin Fatehin yeganə türkiyəli duet ortağı isə Ahsen Almazdır. Sənətçi türk həmkarı ilə "Dayan" mahnısı da olduqca sevilmişdi. Xüsusilə, sözügedən ifanın klipi diqqət çəkmişdi. 

7. Aysel Manaflı 
Aqşin Fatehin duet ortaqlarından biri də Aysel Manaflı olub. Onlar, "Həbibim" adlı mahnını oxuyublar. 

8. İfrat
Sənətçi İfratla da "Bıçaq" adlı duet ifa edib. 

9. Elşən Xəzər
Aqşin Fatehin karyerasının əvvəllində Elşən Xəzər ilə oxuduğu duetlər bir dönəmə damğa vurmuşdu. Onlar, "Get səni tapşırıram Allaha", "Vəfasız", "Mən oldum", "Yeri get", "Avara", "Yalvaracaqsan" və "Yenə də yağış yağır" kimi çox sayda duetlər oxuyublar. 

10. Aynur Dadaşova 
Aqşin Fatehin Elşən Xəzər və Aynur Dadaşova ilə birgə oxuduğu "Ayrı yollar" dueti isə bugün də dillər əzbəridir. 

11. Pərviz Bülbülə 
Aqşin Fatehin son duet ortaqlarından biri də Pərviz Bülbülədir. Sevilən ifaçılar "Uşaq kimi" mahnısı ilə işbirliyinə başladılar. Onların yeni duetlərinin də olacağı gözlənilir. 

12. Naira Seyidova 
Sənətçinin Nairi Seyidova ilə oxuduğu "Gülüşünü sevdiyim adam" dueti də ən sevilən hitlər arasında yer alır.

Pərviz Şimşək

0