"Mən bir daha siqaret çəkməməyə kişi kimi hamının gözü önündə söz verdim, artıq üçüncü gündür, sözümü tuturam.Siqaret həm səsimə,həm səhhətimə zərər verirdi, şükür edirəm , düşmənimi geridə buraxmağı bacardım".
Bu fikirləri HİT.az-a müğənni Vüqar Bariton səsləndirib:
"Siqaret ən güclü narkotik imiş. Bunu illər sonra anladım. Amma həyatına, orqanizminə yaxşılıq etmək üçün heç vaxt gec deyil. Günə 3 qutu siqaret istifadə edərək, özüm özümə düşmənlik edirdim. Daha buna son".-deyə o vurğulayıb.
Murad