"Ad günüm çox möhtəşəm keçdi".
Bu sözləri məşhur aktrisa Leyla Babayeva Hit.az-a açıqlamasında deyib.
O, bağ evində dəbdəbəli ad günü keçirməsi barədə danışıb. Aktrisa bildirib ki, ad günü onun üçün çox yorucu keçib:
"Yaxşı idi, amma çox yorucu idi. Həddindən artıq çox yoruldum. Hətta heç kimə bağ evində ad günü keçirməyi məsləhət görmürəm. Çünki çox çətindir. Restoranda hər şey hazır olur. Amma bağ evində stol, stul, qab-qacaq və dekora qədər hər şeyi özün etməlisən".
Müsahibimiz bu özəl günü üçün çox pul xərclədiyini etiraf edib:
"Ad günümü öz hesabıma etmişəm. Hər kəsin ad günümdən danışdığını görürəm. Buna baxmayaraq, çox böyük miqdarda xərcim çıxdı. Düzdür, bir çox bahalı hədiyyələr aldım. Hətta pul verənlər də oldu. Amma ümumi götürəndə ziyana uğradım. Çünki xərcim xeyrimdən daha çox oldu".
Pərviz