“Mənim insanlara tövsiyəm odur ki, başları tərpədən musiqiyə qulaq assınlar, ayaqları tərpədən musiqiyə yox. Bədənimiz kimi, zövqümüz, ruhumuz da xəstələnə bilər. Zövqsüz musiqilər ruhumuzu, mənəviyyatımızı xəstələndirir”.
Bu fikirləri Hit.az-a Əməkdar artist, xanəndə Gülüstan Əliyeva səsləndirib:
“Biz sarmaşıq kimi incəsənətimizi sarmış, özünü hara gəldi pərçim edən, mədəniyyətimizdə tıxac rolunu oynayan belə müğənniciklərə qarşı mübarizə aparırıq. Onların dövlət tədbirlərinə daxil edilməməsi, tanınmış sənətkarlar tərəfindən paylaşımlarının bəyənilməməsi, görməzdən gəlinməsi mübarizənin bir növüdür”,- deyə tanınmış xanəndə bildirib.
Murad