Safurə Əlizadə karyerasını bitirib? - Özü açıqladı

MAQAZİN
17:47 / 25.08.2024
467

Müğənni Safura Əlizadə şəxsi həyatı və ailəsindən söz açıb.

OLAY yazır ki, bu haqda sənətçi sosial şəbəkə hesabında izləyicilərin suallarını cavablayarkən danışıb.

Uzun müddətdir Türkiyənin İstanbul şəhərində ailəsi ilə birgə yaşayan Əlizadə Bakıya gəlişini “Hələ heç özüm də bilmirəm burada nə zamana kimi qalacağam”, - deyə, ifadə edib.

Safura ifaçılıq karyerasını bitirməsi şaiyələrinə bu cavabı ilə son qoyub:

“Sənətimi tərk etmədim. İstəsəm də, tərk edə bilmərəm. Yeni mahnılar gəlir”.

Müğənni izləyiciləri ilə formada qalmasının sirri ilə də bölüşüb:

“Yəgin ki, genetikdir. Amma yenə də çalışıram ki, sağlam qidalanım. Çox yağlı, xəmir yeməkləri yemirəm, şəkərdən istifadə etmirəm. Onda dərim də gözəl olur”.

Safura bildirib ki, süni deyil, təbii gözəlliyə və baxımlara üstünlük verir. Məhz, bu səbəbdən o dırnaqlarını süni yollarla uzatmır.

 

0